Elmar Baxşıyev: “Ümid edirəm ki, rəhbərlik bizi Naxçıvana qaytarar”

  • Dünən, 20:31

- Maraqlı oyun alındı. Hər iki komanda öz oyun üslubunu göstərməyə çalışırdı. Komandamı təbrik edirəm. Amma yenə də inkişaf edə bilərik. Komandanın yaxşı potensialı var. Özünəinam artdıqca daha yaxşı oynayacağıq.

Sportlife.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Turan Tovuz"u məğlub etdikləri görüşdən sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Tovuzda oynamaq həmişə çətin olur. Komandanı oyuna necə kökləmişdiz?

- Burada oynamaq hər futbolçuya zövq verir. Oyunçularım təzyiqi hiss etmədilər, onlar təcrübəlidir. Meydanda yaxşı iş gördülər.

- "Turan Tovuz"a ilk məğlubiyyəti siz yaşatdınız. Bununla bağlı nə deyə bilərsiniz?

- O düşüncəylə yanaşmırdıq ki, gedib ilkə imza ataq. Hər komandaya qarşı hazırlıq görmək lazımdır. Bu gün yaxşı oyun nümayiş etdirdik. Kurban Berdıyev dəyərli məşqçidir. Mübarizə bizim aramızda getmir, "Turan Tovuz"la "Araz-Naxçıvan"ın arasında gedirdi. Heç bir pronsipiallıq yox idi.

- "Araz-Naxçıvan" kimin üçün oynayır?

- Mən futbolçulara və rəhbərliyə görə işləyirəm. Biz də yerli tribunanın qarşısında oynamaq istəyirik. Ümid edirəm ki, rəhbərlik bizi Naxçıvana qaytarar.

- Sizcə, Ramon Maçadonun Roderik Millerə qarşı kobud oynadığı epizodda qırmızı vərəqə var idi?

- Epizodu görməmişəm. Nəsə desəm, fərqli anlaşılacaq. Baxdıqdan sonra deyə bilərəm.

 


Paylaş:

Xəbər lenti