Mahir Emreli Almaniyada debüt etdi

  • Dünən, 16:56

Mahir Emreli Almaniyada ilk oyununu keçirib.

Sportlife.az xəbər verir ki, onun komandası "Nürnberq" Bundesliqa 2-nin 6-cı turunda evində "Herta"nı qəbul edib. Mahir görüşündə 39-cu dəqiqəsində komanda yoldaşının yerinə meydana daxil olub. Ancaq onun debütü uğursuz alınıb.

"Nürnberq" rəqibinə 0:2 hesabıyla məğlub olub.

Mahirin komandası 7 xalla 11-ci yeri tutur. Onlar növbəti turda səfərdə "Hannover"lə qarşılaşacaqlar.


Paylaş:

Xəbər lenti