"Kəpəz" 20 ildir edilmiyəni etdi
“Kəpəz” Misli Premyer Liqasının 2024/25 mövsümünə 7 məğlubiyyətlə başlayıb.
Sportlife.az PFL-in saytına istinadən xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədir.
Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/05 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Qeyd edək ki, “Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb – 0:2.