De Blekere “Turan Tovuz” - “Araz-Naxçıvan” matçındakı epizoddan danışdı

  • Bu gün, 12:20

“Turan Tovuz” - “Araz-Naxçıvan” oyununda baş verən mübahisəli epizod barədə Hakimlər Komitəsinin sədri Frank De Blekler açıqlama verib.

Sportlife.az xəbər verir ki, belçikalı sabiq referi həmin epizodu belə şərh edib:

“Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir.

Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.


Paylaş: