Norris bu mövsümkü üçüncü qələbəsini qazandı

  • Bu gün, 10:11

"Formula 1"də mövsümün 18-ci yarışı olan Sinqapur Qran-prisinin qalibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, "McLaren"in ingiltərəli pilotu Lando Norris bütün rəqiblərini qabaqlayıb.

"Red Bull"un sürücüsü Maks Ferstappen ikinci, “McLaren”in digər üzvü Oskar Piastri isə üçüncü yeri tutub.

Çempionata 331 xalla Ferstappen başçılıq edir. İkinci Norrisin 279 xalı var. Mövsümün sonuna altı yarış qalıb.


Paylaş: