"Barselona" qalib gəldi, Ter Ştegeni itirdi

  • Bu gün, 11:24

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxıb. 

Sportlife.az xəbər verir ki, La Liqanın 6-cı turunda “Vilyarreal”la matçda zədələnən almaniyalı qolkiperin mövsümün sonunadək oynamayacağı gözlənilir. Dizindən xəsarət alan 32 yaşlı qolkiper ilk hissənin sonunda meydanı xərəkdə tərk edib. 

Həkimlərin ilkin diaqnozu təsdiqlənərsə, qapıçı 7-9 ay oynaya bilməyəcək. Bu isə mövsümü erkən başa vurmaq deməkdir.

Xatırladaq ki, görüş "Barselona"nın 5:1 hesablı qələbəsiylə başa çatıb.


Paylaş: