Çempionşip klubu türkiyəli mütəxəssislə yolları ayırıb

  • Bu gün, 11:00

Çempionşip klubu "Kardiff" baş məşqçisi Erol Bulut yolların ayrıldığını açıqlayıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, Uels klubu hazırda Çempionşipdə sonuncu yerdə gedir. Onlar bu mövsüm altı turdan sonra qələbə qazana bilməyiblər.

E. Bulut ötən ilinin iyunundan klubu çalışdırırdı. Onun başçılığı altında komanda ötən mövsümü 12-ci yerdə bitirmişdi.


Paylaş: