İngiltərəli forvard klubuyla razılığa gələ bilməyib

  • Dünən, 21:14

"Everton"un hücumçusu Dominik Kalvert-Lyuin mövsümün sonunda komandadan ayrıla bilər.

Sportlife.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqa klubunun yeni müqavilə təklifini qəbul etməyib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Kalvert-Lyuin "Everton"dan ayrılsa da, Premyer Liqada qalmaq ehtimalı yüksəkdir. Bir çox "dumanlı albion" klubu onunla maraqlanır.


Paylaş: