MY gənc futbolçuyla yaxından maraqlanır

  • Dünən, 22:48

"Sauthempton" 18 yaşlı futbolçusu Tayler Diblinqlə müqavilə uzatmaq istəyir.

Sportlife.az "Sky Sports"a istinadən xəbər verir ki, "müqəddəslər" gənc futbolçuya artıq təklifini edib. Onunla "Mançester Yunayted" də yaxından maraqlanır.

Diblinq bu mövsümdən etibarən "Sauthempton"un əsas komandasında çıxış edir. O, bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb və 1 qol vurub.


Paylaş: