"Trabzonspor" yenə heç-heçə etdi

  • Dünən, 23:02

Türkiyə Süper Liqasında VI tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, bu tura qədər qələbə qazana bilməyən "Trabzonspor" səfərdə "Qaziantepspor"la qarşılaşıb. Görüşdə hesab açılmayıb.

Qaradəniz təmsilçisi 5-ci heç-heçəsini edib. 

"Göztepe" isə evində "Kayserispor"u qəbul edib. İzmir təmsilçisi görüşdən 3:0 hesablı qələbəylə ayrılıb. Stanimir Stoylovun yetirmələri xalını 9-a yüksəldib. "Kayserispor" isə 3 xalda qalıb.


Paylaş: