Almaniyalı futbolçuya 100 milyonluq təklif

  • Dünən, 23:49

"Bavariya"nın futbolçusu Camal Musiala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Mançester Siti" almaniyalı futbolçunu transfer etmək istəyir. 

"Şəhərlilər" 21 yaşlı ön xətt oyunçusu üçün Almaniya klubununa 100 milyon avroluq təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi" akademiyasından transfer edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.


Paylaş: