
Mourinyo afrikalı futbolçunu göndərir
"Fənərbağça"nın yayda yollarını ayıracağı ilk futbolçu bəlli olub.
Sportlife.az xəbər verir ki, bu, müdafiəçi Aleksandr Cikudur. Joze Mourinyonun oyun sisteminə uyğun gəlməyən futbolçu mövsümün sonunda göndəriləcək.
Afrikalı müdafiəçiyə artıq bununla bağlı məlumat verilib. Futbolçu yeni klub axtarışlarına başlayıb.
Qeyd edək ki, Ciku İstanbul klubunun heyətində 71 oyun keçirib.