Mourinyo onu "Fənərbağça"da görmək istəyir

  • 3 Yanvar 2025, 11:40

Joze Mourinyo sabiq oyunçusu Son Xın Mini "Fənərbağça"da görmək istəyir.

Sportlife.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, koreyalı futbolçunun "Tottenhem"lə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, klubuyla sözləşməni uzatmasa, yayda azad agent olacaq.

Son 2015-ci ildən "Tottenhem"də çıxış edir. London klubu onu itirmək istəmir.

O, bu sezon 22 oyunda meydanda olub, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: