
"Roma" qışda müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportlife.az xarici KİV-ə istinadla xəbər verir ki, Roma komandasının baş məşqçisi Joze Mourinyo serbiyalı müdafiəçi Nikola Milenkoviçi transfer etmək istəyir.
Milenkoviç uzun müddətdir ki, İtaliyada çıxış edir - 2017/2018 mövsümündən "Fiorentina"nın şərəfini qoruyur. O, bu müddət ərzində 229 oyun keçirib, 17 qol və 4 məhsuldar ötürmə edib.
Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 26 yaşlı Nikola Milenkoviçi 18 milyon avro dəyərləndirir.