Neymar "Əl-Hilal"dan niyə ayrıldı?
Neymarın "Əl-Hilal"dan ayrılmasının səbəbi bəlli olub.
Sportlife.az xəbər verir ki, braziliyalı hücumçu Səudiyyə Ərəbistanı komandasının baş məşqçisi Jorje Jezuşdan narazı qalıb.
32 yaşlı forvard düşünür ki, zədəsini sağaltdıqdan sonra portuqaliyalı mütəxəssis ona qarşı haqsızlıq edib. 70 yaşlı çalışdırıcının mətbuata müsahibəsində Neymarı digər futbolçulardan zəif hesab etməsi isə son damla olub.
Qeyd edək ki, Neymar PSJ-dən 90 milyon avroya "Əl-Hilal"a keçmişdi. O, yeddi matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.