"Öpüş" qalmaqalına görə 2,5 il həbs istənilib

  • Bu gün, 21:46

İspaniya prokurorları futbolçu Cennifer Hermosonu icazəsiz öpdüyünə görə İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales üçün iki il yarım həbs istəyib.

Sportlife.az ABC-yə istinadla xəbər verir ki, ittiham tərəfi həmçinin idman funksionerinin zərərçəkənə ödəməli olduğu 100 min avro məbləğində təzminat tələb edir. Bundan əlavə, prokurorlar Rubialesin Hermosoya 200 metr məsafəyə gəlməsini dörd il müddətinə qadağan etmək istəyirlər.

Martın 20-də İspaniya prokurorlarının Rubialesin həbsinə order verdiyi bildirildi.

20 avqust 2023-cü ildə İspaniyanın qadınlardan ibarət komandası turnirin finalında İngiltərə millisinə qalib gələrək (1:0) dünya çempionu olub. Mükafatlandırma mərasimində Rubiales qalib komandanın futbolçusu Cennifer Hermosonun dodaqlarından öpüb. Daha sonra İspaniya Milli Məhkəmə Kolleci Rubialesə qadınlardan ibarət millinin futbolçusuna 200 m-dən az məsafəyə yaxınlaşmağı qadağan etmək qərarına gəlib. Bu hadisədən sonra FIFA mütəxəssisi 3 il işdən kənarlaşdırıb. Ardınca Rubiales özü istefa verib.


Paylaş: