"Pep və Kloppun rəqabəti Venger və Ferqüsondan daha aşağıdır"

  • 28 Mart 2024, 09:15

Qlen Conson Pep Qvardiola və Yurgen Klopp arasındakı rəqabət haqqında fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Conson bu barədə İngiltərə mətbuatına açıqlama verib.

"Yadınızdadırsa, hamı “Mançester Yunayted” – “Arsenal” matçını izləməyə can atırdı... Buna səbəb iki məşqçinin rəqabəti olub. Deyərdim ki, Pep və Kloppun rəqabəti Venger və Ferqüsondan daha aşağıdır, amma yenə də parlaqdır” - deyə “Liverpul”un keçmiş futbolçusu Qlen Conson bildirib.


Paylaş: