Pepe Türkiyəni tərk edəcək

  • 8 May 2024, 12:37

Nikolya Pepe yayda "Trabzonspor"dan ayrılacaq.

Sportlife.az xəbər verir ki, 28 yaşlı vingerin Qaradəniz təmsilçisiylə müqaviləsi 1 illik idi. O, bu yay azad agent olacaq.

Pepe ilə Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır. Oyunçunun özü isə karyerasını Avropada davam etdirmək istəyir.


Paylaş: