Premyer Liqa klubları "Valensiya"nın futbolçusu üçün yarışır
"Valensiya"nın futbolçusu Uqo Duro ilə Premyer Liqa klubları yaxından maraqlanır.
Sportlife.az xəbər verir ki, "Aston Villa" və "Vest Hem" 24 yaşlı futbolçunu transfer etmək istəyir. Hər iki komanda onun üçün 25 milyon funt-sterlinq ödəməyə hazırdır.
Duro 2021-ci ilin yayından "Valensiya"da çıxış edir. O, bu mövsüm La Liqada 6 oyuna çıxıb və 2 qol vurub.