
PSJ qapıçı axtarır
PSJ qapıçı Canluici Donnarummaya əvəzləyici axtarır.
Sportlife.az xəbər verir ki, Paris klubu və ilk növbədə baş məşqçi Luis Enrike italiyalı qolkiperin çıxışından razı deyil.
Parislilərin əsas hədəfi "Lill"in futbolçusu Lukas Şevalyedir. Mayk Menyanın da namizədliyi nəzərdən keçirilir.
Donnarumma bu mövsüm 25 oyun keçirib, bunların 7-də qapısını toxunulmaz saxlayıb və 24 top buraxıb.