“Qalatasaray” gənc futbolçusuyla müqavilə uzadacaq

  • 30 Noyabr 2024, 13:06

"Qalatasaray" gənc futbolçusu Metehan Baltacı ilə müqavilə uzatmağı düşünür.

Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin hazırki sözləşməsi gələn ilin yayında bitir. "Sarı-qırmızılar" ona 4 illik yeni kontrakt önərəcək.

Metehan "Qalatasaray"ın yetirməsidir. O, bu mövsüm 5 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.


Paylaş: