Real Madrid 2016/17 mövsümünün çempionu oldu
İspaniya La Liqasının son turunda 2016/17 mövsümünün çempionu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, La Liqanın lideri Real Madrid Malaqanı səfərdə məğlub etməklə (0:2) tarixində 33-cü dəfə İspaniya çempionu olub.
Qeyd edək ki, Kral klubu sonuncu dəfə bu titulu 5 il əvvəl – 2011/12 mövsümündə qazanmışdı.
Malaqa – Real – 0:2
Qollar: Ronaldo, 2, Benzema, 55
Barselona – Eybar – 4:2
Qollar: Takaşi İnui, 7 (0:1), 61 (0:2), David Junka, 63-avtoqol. (1:2), Luis Suares, 73 (2:2), Messi, 75-pen. (3:2), Messi, 90 (4:2)
Reallaşdırılmayan penalti: Messi, 70
Beləliklə, Real Madrid La Liqanı 93 xalla 1-ci, Barselona 90 xalla 2-ci, Atletiko 78 xalla 3-cü pillədə tamamlayıb.