Real Ronaldonu satmağa razıdı
Kristiano Ronaldonu almaq istəyən istənilən klub Madrid "Real"ı ilə danışıqlar masasına əyləşə bilər.
Sportlife.az xəbər verir ki, İspaniya klubu portuqaliyalı hücumçuya qoyduğu qiyməti ödəməyə hazır olan klubla razılaşa biləcəyini açıqlayıb. Ulduz futbolçuya sahib olmaq istəyən komanda 400 milyon avrosundan keçməlidi.
Qeyd edək ki, Ronaldo ilə "Mançester Yunayted" və PSJ klubları yaxından maraqlanır.