"Real"ın fransalı ulduzu zədələndi

  • Bu gün, 22:22

"Real Madrid"in və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa zədə səbəbindən Çili ilə yoldaşlıq görüşünü (3:2) başa vura bilməyib.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi ilk hissədə əvəzlənib.

AS-ın məlumatına görə, futbolçu "Real Madrid"in bazasında tibbi müayinədən keçib. Fransız futbolçuya sol topuğun cüzi burxulması diaqnozu qoyulub.

Kamavinqanın martın 31-də La Liqada keçiriləcək "Real Madrid" - "Atletik" matçında iştirak edə biləcəyi gözlənilir.


Paylaş: