
Rodriqo qərarını verdi
"Real"ın futbolçusu Rodriqo gələcəyi ilə bağlı qərar verib.
Sportlife.az xəbər verir ki, braziliyalı hücumçu Madrid klubunu tərk etməyəcək.
O, hələ uzun illər La Liqa təmsilçisinin formasını geyinmək istəyir. Bu səbəbdən "sambaçı" ona gələn təklifləri rədd edib.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real" da çıxış edir.