Ruben Amorim öz futbolçusu ilə danışmır

  • Dünən, 16:53

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Markus Reşfordla əlaqəni kəsib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis cinah oyunçusuna yalnız bütün komanda ilə danışarkən müraciət edir. 

Markus sonuncu dəfə dekabrın 12-də "Mançester Yunayted"də oyuna çıxıb. İngilis futbolçu o vaxtdan sonra oynamayıb. Daha əvvəl Rəşfordun karyerasını "Barselona"da davam etdirə biləcəyi bildirilib.


Paylaş: