Sabiq MY-li "Las Palmas"a keçdi

  • 25 İyul 2024, 16:39

"Sevilya"nın futbolçusu Adnan Yanuzayın yeni klubu bəlli olub.

Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu icarə əsasında "Las Palmas"a keçib. Klub bu barədə rəsmi saytından açıqlama verib.

"Mançester Yunayted"in yetirməsi olan Yanuzay 2022-ci ilin yayından bəri "Sevilya"da çıxış edirdi. O, son mövsümdə cəmi 11 oyunda meydanda olub.


Paylaş: