
Santi Kasorla İspaniyaya qayıtdı
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Santi Kasorla peşəkar karyerasına başladığı "Real Ovyedo"ya keçib.
Sportlife.az xəbər verir ki, Sequndada çıxış edən klub 38 yaşlı futbolçu ilə müqavilə imzalayıb.
Təcrübəli futbolçu ilə müqavilə 2024-cü il iyunun 30-na kimi nəzərdə tutulub. Kasorlanın əvvəlki klubu "Əl-Sədd" olub.