
Aspilikueta komandasından ayrılacaq
"Atletiko”nun müdafiəçisi Sezar Aspilikueta Madrid klubu ilə müqaviləsini yeniləməyəcək və cari mövsümün sonunda komandadan ayrılacaq.
Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Avropa çempionatlarında davam etdirmək variantlarını nəzərdən keçirir. Lakin o, uzun illər keçirdiyi və mühüm uğurlar qazandığı, Çempionlar Liqasının və iki İngiltərə çempionluğunun qalibi olduğu keçmiş klubu “Çelsi”yə hörmət etdiyi üçün Premyer Liqaya qayıtmağı istisna edir.
35 yaşlı müdafiəçi “Atletiko”da çıxış etdiyi müddətdə 53 oyun keçirib, 1 qol vurub və 2 dəfə məhsuldar ötürmə edib.