
Elvin Məmmədov: “Ümid edirəm ki, “Səbail” yenidən Premyer Liqaya yüksələcək”
"Səbail”in məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.
Sportlife.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Oyuna köklənmək bizim üçün çox çətin oldu. İstər-istəməz futbolçu psixologiyasıdır. Çətin oldu. Bilirdik ki, “Neftçi” bizə qarşı belə təzyiqlə oynayacaq. Bir oyunumuz qalıb və ona köklənmişik.
Ümid edirəm ki, “Səbail” yenidən Premyer Liqaya yüksələcək”.