
Arauxo İtaliya klubunun hədəfində
"Barselona”nın müdafiəçisi Ronald Arauxo yay transfer pəncərəsində Kataloniya klubunu tərk edə bilər.
Sportlife.az xəbər verir ki, “Yuventus” uruqvaylı futbolçu ilə maraqlanır. Turin klubu yay transfer pəncərəsində müdafiəçini heyətinə qatmağı planlaşdırır. Potensial müqavilə 50 milyon avro dəyərində qiymətləndirilir.
Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2031-ci ilin yayında başa çatır.