"Sevilya"nın arzusu ürəyində qaldı

  • 18 Aprel 2024, 16:49

"Sevilya" Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Güleri icarəyə götürmək istəyir.

Sportlife.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Hazırda La Liqanın turnir cədvəlində 13-cü yerdə olan "Sevilya" növbəti mövsüm üçün yeni heyət formalaşdırmaq niyyətindədir. Klub artıq 19 yaşlı yarımmüdafiəçiyə təklif göndərib. Lakin Arda bu təklifi qəbul etməyib.

Bildirilir ki, Arda yalnız gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq bir komandaya icarə əsasında keçməyə hazırdır. O, avrokuboklarda mübarizə aparmayacaq bir komanda üçün Madrid təmsilçisindən ayrılmaq istəmir. 

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Lakin futbolçu komandada cəmi 6 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb.


Paylaş: