Türkiyəli hücumçu klubunu dəyişdi

  • 26 İyul 2024, 22:36

"Konyaspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbaxça"dan Umut Nayırı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı forvard yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Umut Nayır ötən mövsümün ikinci yarısını icarə əsasında "Pendikspor"da keçirib.


Paylaş: