"Uels üçün parlaq gələcək görürəm"

  • Bu gün, 18:55

Uels millisinin kapitanı Ben Devis Avropa çempionatının pley-off matçında Polşaya məğlubiyyəti (0:0, penaltilər - 5:4) şərh edib.

Sportlife.az xəbər verir ki, Devis UEFA-nın mətbuat xidmətinə açıqlamasında “Çətin turnir idi. Çox yaxşı komandalarla oynadıq. Çox təəssüf ki, belə başa çatdı. Amma Uels üçün parlaq gələcək görürəm”, - deyə Devis bildirib.

AVRO-2024-də Polşa millisi Avstriya, Niderland və Fransa ilə D qrupunda mübarizə aparacaq.


Paylaş: