
Ulduz futbolçu cəzasını çəkdi
Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiyası rəsmən başa çatıb.
Sportlife.az xəbər verir ki, antidopinq qaydalarını pozduğuna görə cəzalandırılan 31 yaşlı futbolçu artıq karyerasını istənilən klubda davam etdirə bilər.
Poqbanın son komandası keçən ilin oktyabrında müqaviləsini ləğv etdiyi "Yuventus" olub.
O, Fransa millisi ilə 2026-cı il dünya çempionatında iştirak etmək üçün növbəti mövsümə mümkün qədər yaxşı hazırlaşmaq istəyir.
Qeyd edək ki, daha əvvəl "Marsel" və "İnter Mayami"nin Poqba ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.