
Uolker bu klubla razılaşdı
"Mançester Siti"nin sağ cinah müdafiəçisi Kayl Uolker klubdan ayrılmağa yaxındır.
Sportlife.az xəbər verir ki, 34 yaşlı futbolçu "şəhərlilər"in rəhbərliyinə bu ay komandadan ayrılmaq niyyətində olduğunu bildirib.
Uolker artıq "Milan"la müqavilə şərtlərini razılaşdırıb. O, "rossoneri" ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq və bu müddət ərzində təxminən 8 milyon avro qazanacaq.
Kayl Uolker 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Gözlənilir ki, o, keçidini asanlaşdırmaq üçün müqaviləsini ləğv edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının bəzi klubları da Uokerə maraq göstərirdilər.