Van-Bissaka Premyer Liqa klubunu yox, “İnter”i istəyir

  • 26 İyul 2024, 12:43

"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka ilə "Vest Hem" və "İnter" yaxından maraqlanır.

Sportlife.az "The Athletic"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçisi isə London klubuna keçməyi düşünmür. O, karyerasını "İnter"də davam etdirmək istəyir.

Van-Bissakanın "qırmızı şeytanlar"la müqaviləsi gələn ilin yayında başa çatır. Onun bu yay klubdan ayrılacağı gözlənilir.


Paylaş: