Xavi Almaniyada işləyə bilər

  • 1 Sentyabr 2025, 17:30

"Barselona"nın keçmiş baş məşqçisi Xavi bu gün Erik ten Haqı istefaya göndərən "Bayer"i çalışdıra bilər.

Sportlife.az xəbər verir ki, 45 yaşlı ispaniyalı mütəxəssis bu posta əsas namizədlərdən biridir.

Xavinin son iş yeri 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa kimi çalışdırdığı "Barselona"da olub. O, daha əvvəl isə Qətərin "Əl-Sədd" klubunu çalışdırıb.


Paylaş: