Zahaya Səudiyyə Ərəbistanından sərfəli təklif

  • 13 Mart 2023, 21:18

"Kristal Pelas"ın hücumçusu Vilfrid Zaha mövsümün sonunda klubunu dəyişə bilər.

Sportlife.az "Daily Mail"ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanından sərfəli təklif alıb. “Əl-İttihad” klubu fil dişili futbolçuya həftəlik 200 min funt-sterlinq (226 min avro) ödəməyə hazırdır.

Wilfrid "Kristal Pelas"ın heyətində 452 oyun keçirib, 89 qol vurub və 76 məhsuldar ötürmə verib.


Paylaş: