Ziyeş son anda qərarını dəyişdi
"Qalatasaray"dan ayrılacağı gözlənilən Hakim Ziyeş Birləşmiş Ərəb Əmirlikləri komandalarından olan "Əl-Nəsr"lə razılığa gəlsə də, qərarını dəyişib.
Sportlife.az xəbər verir ki, o, Qətər liqasının lideri "Əl-Duhail"ə üstünlük verib. Mərakeşli futbolçunun yeni komandası ilə müqavilə imzalamaq üçün İstanbulu tərk etdiyi bildirilir.
Ziyeşin qərarını hansı səbəbdən dəyişdiyi bəlli deyil.