"2 qoldan sonra geridönüş etmək çətin idi" - Yanne Anderson

  • 17 Noyabr 2023, 00:00

Avro-2024-ün seçmə mərhələsində İsveç millisi səfərdə Azərbaycana 0:3 hesabı ilə uduzub.

Sportlife.az xəbər verir ki, İsveç millisinin baş məşqçisi Yanne Anderson qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycan millisindən bu cür oyun və belə hesab gözləyirdiz?

 

 

 

- Azərbaycan millisi çox yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yaxşı olan oyunçular var. Oyunun əvvəlində qapımıza atıla 2 qoldan sonra geridönüş etmək çətin idi. Azərbaycan millisi Belçika və Avstriyaya qarşı da yaxşı oynamışdı. Sadəcə bəxt onların tərəfində deyildi. Bu gün də hər şey Azərbaycanın istədiyi kimi getdi. Rəqibimizi təbrik edirəm.

- Futbolçu və baş məşqçi kimi zəngin karyeraya maliksiz. Azərbaycan millisinin vurduğu üçüncü qolu necə şərh edəcəksiz? Bu cür fantastik qol görmüşdüz?

- 2017-ci ildə Fransa millisinin qapıçısı Huqo Llorisə 45 metrdən qol vurmuşduq. Çox yaxşı qol idi. Oyunçunun konsentrasiyası, epizodu görməsi... Onu da qol münasibət ilə təbrik edirəm.

- Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansınız qalsaydı, bu gün başqa cür olardı?

- Mənim üçün fərq etmir. Bu gün biz məğlub olduq. Azərbaycan millisi buna layiq idi. Mən isə məyusam.


Paylaş: