AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

  • 18 Aprel 2024, 15:26

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportlife.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasında 30-cu turun “Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Səbail” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" görüşü 3:3 hesabı ilə başa çatıb.


Paylaş: