AFFA-nın keçmiş və indiki baş katibləri görüşdü

  • 9 Aprel 2025, 17:55

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

Sportlife.az xəbər verir ki, Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.

O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru, AFFA-nın sabiq baş katibi və vitse-prezidentiElxan Məmmədov, FIFA-nın Regional koordinatoru Marion Gavat, həmçinin qurumun bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.


Paylaş: