"Araz-Naxçıvan" yay hazırlığını harda keçirəcək?

  • 6 İyun 2024, 10:50

"Araz Naxçıvan" klubu yay təlim-məşq toplanışının planlamasına başlayıb.

Sportlife.az saytına verilən məlumata görə, klub rəhbərliyi hazırlıqları iki mərhələyə bölmək niyyətindədi. Komanda əvvəlcə Qəbələdə məşqlərə start verməli, daha sonra isə Türkiyəyə yollanmalıdır.

Naxçıvan təmsilçisi qardaş ölkənin Ərzurum şəhərinə üz tutmağı planlayıb. Əgər son anda planda dəyişiklik olmasa, "Araz Naxçıvan" növbəti mövsümə iki ölkədə hazırlanacaq.


Paylaş: