"Arsenal"ın yeni hədəfi

  • Bu gün, 12:00

"Arsenal” “Bayern”in vingeri Leroy Saneni transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, “topçular” artıq Sanenin nümayəndələri ilə əlaqə saxlayıblar.

29 yaşlı futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır. Onun “Bayern”lə müqaviləsi mövsümün sonunda başa çatacaq və klub rəhbərliyi əməkdaşlığı davam etdirməyə əmin deyil.

Bundan başqa, londonluların hücumun cinahını gücləndirmək üçün prioritet variantı da var. Bu, “Barselona” və “Bayern” tərəfindən də izlənilən “Atletik”in vingeri Niko Uilyamsdır.

Sane bu mövsüm 34 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: