"Atletiko" transferi açıqladı

  • 27 İyul 2024, 14:17

"Atletiko" Roben Le Norman transferi üçün "Real Sosyedad"la razılığa gəldiklərini açıqlayıb.

Sportlife.az klubun rəsmi sosial media hesabına istinadən xəbər verir ki, açıqlamada 27 yaşlı müdafiəçi ilə tətildən qayıtdıqdan sonra rəsmi müqavilənin imzalanacağı deyilib.

Le Norman Avropa çempionu olan İspaniya millisinin əsas üzvlərindən biri idi. O, 2018-19 mövsümündən bəri "Real Sosyedad"ın əsas komandasında çıxış edirdi.

 


Paylaş: