Azərbaycan klubları Konfrans Liqasında mübarizəyə başlayır

  • 25 İyul 2024, 10:24

Azərbaycan klubları UEFA Konfrans Liqası II təsnifat mərhələsində mübarizəyə başlayır.

Sportlife.az xəbər verir ki, “Zirə” evdə “DAK 1904” (Slovakiya) ilə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:30-da başlayacaq. Matçı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Turnirdəki digər təmsilçimiz “Sabah” isə 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq. İsraildəki müharibə şəraiti səbəbindən matç neytral meydanda  – Macarıstandakı “Varkert Sportpalya” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Matçı belçikalı hakimlər briqadası idarə edəcək.

Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” klubu  evdə Macarıstan “Fehervar”ını qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.


Paylaş: