
Azərbaycan millisi Bolqarıstanı məğlub etdi
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsindəki ikinci oyununda qələbə qazanıb.
Sportlife.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstana qalib gəlib.
Bayıl stadionunda təşkil olunan görüşdə yığma 3:2 hesablı qələbəyə sevinib. Təmsilçilərimizin heyətində Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) fərqləniblər.
Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.