Azərbaycanda daha bir stadion bağlanır
Bakıda Binə qəsəbəsində yerləşən stadion təmirə bağlanır.
Bu barədə Sportlife.az saytına AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. O bildirib ki, arenada iyunun sonlarında təmir işləri start götürəcək:
"Bu ayın sonu Binə qəsəbə stadionunda meydançanın örtüyü dəyişdiriləcək. Avqustun əvvəlinə qədər işlərin tamamlanması nəzərdə tutulub. Başqa elə böyük işlərin görülməsi planlaşdırılmayıb. Müəyyən qədər paltardəyişmə otaqlarını da əl gəzdiriləcək".