“Bayern” onu buraxmaq istəmir

  • Bu gün, 14:24

Almaniya millisinin futbolçusu Serj Qnabri “Bayern"də qala bilər.

Sportlife.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı futbolçuya 1+1 şərti ilə müqavilə təklif edib.

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. 

Qnabri hələ ki tam qərarını verməyib. “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” klublarında oynamış Almaniya millisinin üzvü 2017-ci ildən “Bavariya”ya məxsusdur.


Paylaş: